Bakıda hakimin maşını yandırıldı

img

05-11-2015 [16:10]


Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun maşını yanıb. Olay Nəsimi rayonu ərazisində qeydə alınıb. Musavat.com-a daxil olan məlumata görə hakimin yaşadığı Nizami küçəsi 118 ünvanında "Hundai Santa Fe” markalı, ağ rəngli maşını qəfildən alışıb. Maşının arxa təkəri tərəfdən başlayan yanğını ətrafdakı şəxslər tərəfindən söndürülüb. Yanmış maşın evakuator vasitəsi ilə ərazidən naməlum istiqamətə aparılıb.

Belə ehtimal var ki, hakimə məxsus olan maşın qəsdən yandırılıb. Məsələ ilə bağlı prokurorluq orqanlarına verdiyimiz sorğuya cavab olaraq bildiriblər ki, nəqliyyat vasitəsinin qəsdən yandırılması ilə bağlı şikayət daxil olmayıb: "Maşın yandırılıbsa belə, şikayət yoxdursa, araşdrıma da aparılmır”.

Bununla belə məsələ ilə bağlı araşdırma aparılacağını da bildiriblər. Bakı Apelyasiya Məhkəməsi ilə əlaqə saxlayıb olayla bağlı hakim İkram Şirinovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin hakimin mövqeyini öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA