Bank borcuna görə daha bir intihar

img

04-11-2015 [16:35]


Biləsuvar rayonunda daha bir intihar hadisəsi baş verib.

Bu barədə "Qafqazinfo”ya məlumatı rayon sakinləri verib. Məlumata görə, bu gün rayona bitişik Bəydilli kəndinin sakini Cavanşir adlı şəxs özünü asaraq intihar edib. Təxminən 40 yaşı olan Cavanşirin özünü asmasına səbəb kimi banklara olan borcu göstərilir. Mərhum ailəli olub, bazarda meyvə satırmış.

Qeyd edək ki, təxminən bir ay öncə Biləsuvarda ölkədə rezonansa səbəb olan intihar hadisəsi baş vermişdi. Biləsuvar Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev iş otağında özünü asmışdı.

Xatırladaq ki, Azərbaycanda tez-tez vətəndaşlar banka borclarına görə intihara cəhd edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA