Hərbçilərimiz qəzaya düşdü, xeyli yaralı var

img

30-10-2015 [19:54]


Sumqayıt ərazisində teplovozla hərbi avtomobil toqquşub.

ANS PRESS-in məlumatına görə, hadisə bu gün 11 radələrində Azərbaycan Dövlət Dəmir yolunun Yaşma-Z.Taqıyev çeşidləmə mənzilinin, 9-cu piketində baş verib.

Bakıdan Yalamaya gedən Biləcəri Lokomotiv deposunun maşinisti 55 yaşlı Sumqayıt sakini Faiq Əzizovun idarə etdiyi teplovozla Məhəmməd Muxtarlının idarə etdiyi "Maz" markalı avtomobil toqquşub.

Nəticədə hərbi qulluqçular Məhəmməd Muxtarlı və avtomobildə olan 5 əsgər müxtəlif xəsarətlərlə MN-nin Mərkəzi Hospitalına çatdırılıb.

Onların vəziyyətinin stabil olduğu bildirilir. Məlumat ANSPRESS-ə Nəqliyyatda Baş Polis idarəsinin Xaçmaz xətt polis şöbəsindən verilib. Bildirilib ki, fakt Xaçmaz xətt polis şöbəsinin Sumqayıt bölməsində araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA