Bakıda oğlan sevdiyi qızı küçədə qətlə yetirib

img

29-10-2015 [12:01]


Bakıda qətl törədilib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı (adı və soyadı hələlik məlum deyil) tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb. İlkin məlumata görə, hadisəni törədən oğlan İ. Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir(apa).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA