23-10-2015 [15:13]
Azərbaycan siyasi müxalifətinin iki əsas təşkilatı Müsavat Partiyası və AXCP bir zamanlar siyasi proseslərə, ictimai rəyə əhəmiyyətli dərəcədə təsir edir, ictimai rəyi yönləndirirdilər. Lakin indi bu hal demək olar ki, müşahidə olunmur. Ya da hər iki partiyanın təsir arealları indi çox məhdudlaşıb.
Amma əvvəllər, böyük dayaqlara sahib olduqları zamanlardakı kimi, indi məhdud resurslar şəraitində də hər iki partiya arasında bir rəqabət mövcuddur. Bu mövcudluq belə bir sual yaradır: Siyasi proseslərə təsir etmək, cəmiyyətdə rəy yaratma1 baxımından bu iki partiyadan hansı daha güclüdür?
Modern.az saytı bu sualla siyasətdən yazan jurnalistlərə müraciət edib.
"Turan” İnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkelbildirib ki, bu məsələ ilə bağlı konkret nəsə demək onun üçün çətindir:
"Siyasət böyük bir arenadır. Böyük siyasətin özünün məqsədi, miqyası, prioritetləri, oyun qaydaları olur. Partiyalar oyun qaydaları daxilində fəaliyyət göstərir. Bütün partiyalar üçün ən ümdə məsələ seçkilərdir. Lakin seçkilərlə bağlı proseslər aydındır. Belə olan halda, necə demək olar ki, hansısa partiya zəif, ya da güclüdür? Birinin əl-qolu bağlanır, digərlərinə isə imkan yaradılır. Ona görə də indiki halda sizin sualı cavabsız buraxmaq daha məqsədəuyğundur”.
"Meydan” TV-nin əməkdaşı Natiq Cavadlıisə hesab edir ki, Azərbaycanda müxalifət partiyalarını fəaliyyəti üçün münbit şərait yoxdur.
"Azərbaycandakı siyasi mühit elədir ki, ictimai rəy nəzərə alınmır, ona görə müxalifət, azad mətbuat getdikcə siyasi-ictimai arenadan çıxarılır. Belə siyasi rəqabət olmayan cəmiyyətdə hansısa siyasi təsiretmdədən danışmaq olmaz”.
Virtualaz.org saytınınbaş redaktoru Famil Cəfərli suala cavab verməkdə çətinlik çəkdiyini desə də, hər iki partiyanın zəif olduğu fikrindədir:
"Bu suala birmənalı cavab vermək çətindir. Ona görə də belə deyim: ikisi birləşsə, bir partiyanın gücündə olarlar. Bu da o deməkdir ki, indi ikisi də təxminən eyni gücdədir”.
"Gündəlik Teleqraf”qəzetinin əməkdaşı Nemət Orucov isə həmkarlarından fərqli olaraq müxalifət daxilində AXCP-nin daha güclü olduğunu qeyd edib:
"Ümumiyyətlə, indi ən güclü partiya Yeni Azərbaycan Partiyasıdır. 2005-ci ilə kimi isə ən güclü partiya Müsavat idi. Müxalifətdə hazırda ən güclüsü AXCP-dir. AXCP dəfələrlə Milli Şra formatında aksiyalar keçirib.
Müsavat Partiyası isə qurultayında sonra yürüş-mitinq keçirib. Bunu müqayisə edəndə görünür ki, AXCP-nin elektortı bir qədər Müsavat Partiyasından çoxdur”.
"Sputnik Azərbaycan” agentliyinin əməkdaşı Murtaza Bünyadlıbildirib ki, Azərbaycanın bugünkü ictimai-siyasi həyatında heç bir siyasi qüvvə təsir gücünə malik deyil:
"Bu dediyim fikirlər ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara aiddir. Əgər sabah cəmiyyətdə hər hansı kataklizmlər baş verərsə, ortaya çıxıb cəmiyyəti yönləndirəcək və ona lokomotivlik edə biləcək siyasi qüvvə yoxdur. Bu, təəssüf doğuran haldır. İndi Azərbaycan cəmiyyətində bir ideologiyasızlıq hökm sürməkdədir ki, bu da xoşagəlıməyən tendensiyalara gətirib çıxara bilər. Yəni istəsək də, istəməsək də, arzulamasaq da siyasi institutları zəif olan cəmiyyətdə bir çox hallarda insanlar çıxış yolu radikal baxışlı dini qruplarda görür.
Biz bunun günümüzdə şahidiyik və yaxın regionlarda baş verənlər bunun bariz nümunəsidir.
AXCP və Müsavat Partiyasının hər ikisi zəifdir. Onların hər ikisinin fəaliyyəti hiss edilmir.
Onlar özlərini düzgün olamayan fəaliyyət taktikası seçiblər. Buna görə də özlərini tükəndiriblər.
Onların hər hansı perspektivi artıq yoxdur və bunun üçün cəmiyyətdə qəbul olunan aparıcı lider də yoxdur”.
"Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadəninfikrincə, indi nə Müsavatın, nə də AXCP-nin gücü var.
"Bu partiyaların 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərindəki fəaliyyətini izləyən və gördükləri işlərə bələd olan adamların hamısı yaxşı bilir ki, hazırda Müsavat Partiyası və AXCP çox zəifdir.
Bu partiyaların indiki gücü əvvəlki dövrlərdə rayon təşkilatlarından birinin gücünə barəbərdi. Belə bir vəziyyətin yaranmasının çoxlu səbəbləri var.
Amma səbəblərin nə olmasından asılı olmayaraq Müsavat da, AXCP də çox zəifdir. Bunu demək üçün keçirilən aksiyalarda iştirak edən insanların sayına baxmaq kifayətdir. Bunu həmin təşkilatlara rəhbərlik edən şəxslərin özləri də bilirlər”.
Strateq.az saytının redaktoru Xaqani Səfəroğlubu fikirdədir ki, siyasi partiyaların gücü seçkilərdə bəlli olur.
"AXCP və Müsavat kifayət qədər strukturlaşmış partiyalardır. Onların ölkəmizin son 20 illik tarixində baş vermiş siyasi proseslərdə mühüm iştirakı olub.
Nəzərə almaq lazımdır ki, Müsavat və AXCP Azərbaycan Xalq Cəbhəsinin içindən çıxıblar. Yəni onlar əslində eyni elektrota söykənən siyasi qüvvələrdir. Partiyaların proqramlarında da ciddi fərqlər yoxdur. Hər partiya müxtəlif illərdə keçirilmiş seçkilərdə nəticələr əldə ediblər.
Amma ölkəmizdə siyasi partiyaların idarəetmə sisteminə müncər olunması çox zəifdir. Onun obyektiv və subyektiv səbəbləri var. Parlament üsul-idarəsi olan ölkələrdə partiyaların gücü seçkilərdə bəlli olur.
Azərbaycanda prezident üsul-idarəsi olduğu üçün mərkəzləşdirlmiş idarəçilik mövcuddur. Bu isə siyasi partiyalarda olan kadrların imkanlarını kənarda qoyur. Proporsional seçki sistemi partiyaların gücünü göstərən çox yaxşı barometrdir. Bu sistem bizdə ləğv olunduğu üçün AXCP və Müsavatın gücü ilə bağlı konkret fikir söyləmək çətindir”.
"Reytinq” qəzetinin redaktoru Zaur Əhmədisə hər iki siyasi təşkilatın zəif olduğunu düşünür:
"Hazırda həm AXCP-nin, həm Müsavatın ictimai rəyə təsir etmək gücü yoxdur, olsa da, çox aşağıdır. Amma ümumilikdə götürəndə, hər bir partiya zaman-zaman güclü və zəif olub. Hazırda tutduğu radikal mövqeyə görə AXCP narazı təbəqənin diqqətini müəyyən qədər çəkə bilir. Bu da ancaq sosial şəbəkələr üzərində baş tutur. Müsavat isə qurultaydan sonra baş verən olaylar və kifayət qədər tanınmış şəxslərin partiyadan getməsi səbəbinə görə ictimai rəydə təsirini itirib.
Belə də isə hazırda hər iki partiyanın ölkə əhəmiyyətli təsirləri yoxdur. Bunun səbəbkarları müəyyən mənada özləri olsalar da, ölkədəki mövcud ictimai-siyasi durum da önəmli amil rolundan çıxış edir”.
Ayxan Abbasov "Qarabağ"ın milliyə çağırılan 5 oyunçusu barədə sualı belə cavablandırdı - VİDEO
Toral Bayramov millimizin oyununda forma imzaladı - Maraqlı kadrlar yalnız Mia.az-da (VİDEO)
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SOCAR işçilərinin maaşı artırıldı: 30 faiz - Əmr verildi
DÇ-2026: Azərbaycan - Fransa oyununda 4 qol var (YENİLƏNİB)
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş