Bir sıra saytlar Mətbuat Şurasına üzv qəbul olunub - İCLAS

img

21-10-2015 [16:47]


Mətbuat Şurasının bu gün keçirilən iclasında şuraya yeni üzvlərin qəbul edilməsi məsələsinə baxılıb.

Mia.az xəbər verir ki, iclasda «Qarabağa aparan yol», «Kənd həyatı», «Respublika gəncləri» qəzetləri, «Təhsil», «Azeri Defence», «Milli zəka» jurnalları qurumun yeni üzvləri olublar. Bu sırada daha beş bölgə qəzeti də təmsil olunacaq. Bunlar Tovuzun, Mingəçevirin, Şuşanın eyni adlı mətbu nəşrləri, «Yeni Gəncə» və «Gündoğar» qəzetidir (Neftçala rayonu). 

Mətbuat Şurasına onlayn media vasitələrinin qəbulu diskussiyalarla müşahidə olunub.«Xeberler.az», «Gün.az», «Avrasiya.net», «Azxeber.com», «Olke.az»,  « İstiqlal.az», «Azpolitika.info», «Aktual.az» saytları da MŞ-nin yeni üzvləri olublar. «Yenilik.az» və «Yenicag.az» saytları isə bu KİV-lərin MŞ tərəfindən iki aylıq monitorinqinin aparması şərti ilə Şuraya üzv qəbul edilib.
 
İclasda  təklif edilib ki, MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələri üçün tələblər bir qədər də  təkmilləşdirilməlidir. Belə ki, ərizə ilə müraciət edən hər bir KİV-in monitorinqi aparılmalı və monitorinq qrupunun da rəyindən sonra sənədlər İdarə Heyətinin müzakirəsinə çıxarılmalıdır.
 
İclasda Azərbaycan Mətbuat Şurasının Şikayətlər və Komissiyasının rəyləri əsasında MŞ-nin qərarları da qəbul olunub. «Şəfəqə doğru», «Demokratik dövlət» qəzetlərinə, «Vətənim Azərbaycan» jurnalına və «Qafqaznews. az» saytına etik prinsiplərin tələblərinə sayğısızlıq göstərdiklərinə görə Mətbuat Şurasının xəbərdarlığı edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR