İlhamə Quliyeva köməkçisini həbs etdirdi

img

20-10-2015 [11:30]


Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb

Mia.az xəbər verir ki, bu barədə məlumatı ölkə.az-a İ.Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da saytımıza təsdiqləyib, lakin əlavə bir söz deməkdən imtina edib: "Bəli, həyat yoldaşımı dünən tutublar. Amma əlavə heç nə demək istəmirəm".

Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA