Daha bir vəzifəli şəxsə cinayət işi açıldı - Baş Prokurorluq

img

22-10-2015 [19:11]


Ağstafa rayonu "M.Mikayılov adına Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC-nin sabiq direktoruna cinayət içi açılıb.  

Baş prokurorluqdan Mia.az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

Araşdırmalar zamanı cəmiyyətin sabiq direktoru Mansır Mansırovun və MMC-nin digər vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək haqqı və müqavilə öhdəlikləri adı ilə pul vəsaitlərinin saxta sənədlər tərtib etməklə mənimsəmələri məlum olub.   Eyni zamanda, 3.486 baş xırdabuynuzlu heyvanların ölüm və məcburi kəsim aktlarının qəsdən uçotdan gizlədilməsi yolu ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyi aşkarlanıb. Bununla da olara etibar edilmiş ümumilikdə 196 min manat məbləğində vəsaiti mənimsəmə və israf etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.  

Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA