Bakı məktəbində kütləvi dava: Bir şagird xəstəxanaya aparıldı

img

15-10-2015 [14:56]


Bakının Səbayel rayonundakı 160 nömrəli Klassik Gimnaziyada 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.

Bu barədə "Report”a Səbayel Rayon Polis İdarəsindən bildirilib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 160 nömrəli Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-ci il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA