09-10-2015 [17:39]
Rusiyanın Suriyaya hücumunda ən mühüm hədəflərdən birinin Türkiyə olduğu əvvəlcədən təxmin edilirdi. Bu təxminləri bir tərəfdən hər iki ölkəninin Yaxın Şərqdəki maraqları yaratmışdısa da, o biri tərəfədən də rus təyyarələrinin bombardmanına dünya liderləri içərisində ən kəskin reaksiya verən tərəfin məhz Ərdoğan olması ilk günlərdən daha çox diqqət çəkmişdi.
Son günlər Suriya mövzusunda Rusiya-Türkiyə münasibətlərində yaşanan gərginliklərin getdikcə yüksəlməsi isə ictimai diqqəti yenidən hələ bir neçə ay bundan əvvəl xarici mediada işıqlandırılan bir xəbər üzərində fokuslaşdırır.
Mia.az Strateq.az-a istinadən bildirir ki, hələ iyul ayının sonlarında rəsmi Moskva ilə Ankara arasında ciddi bir diplomatik qalmaqal yaşanıbmış.
Belə ki, "Moscov Times" xəbər portalının yazdığına görə, Rusiya prezidenti ölkəsindəki Türkiyə səfirini qəbuluna çağırtdıraraq onu diplomatik protokola uyğun gəlməyən ağır bir üslubla təhdid edib. Hətta bu hədələrdə açıq-aşkar təhqiramiz ifadələr də yer alıb. "Moscow Times" Putinin türk səfirinə belə dediyini yazır: "Gedin, öz diktator prezidentinizə deyin ki, İŞİD terrorçularıyla bilrlikdə cəhənnəmin dibinə qədər getsin! Suriyanı Ərdoğan üçün nəhəng bir Stalinqrad döyüşünə çevirəcəyəm!”.
Xəbər portalına görə, Putini bu qədər qəzəbləndirən isə Türkiyədəki həmkarının xarici siyasətdə gündə bir mövqe nümayiş etdirməsi olub. O, xüsusilə Ankaranın İŞİD-ə gizli dəstək verməsindən əsəbiləşibmiş.Rusiya prezidenti Türkiyənin Suriya, İraq və Yəməndəki dağıdıcı mövqeyini və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirən İŞİD-i dəstəklədiyini iddia edərək, səfirə hətta iki ölkə arasındakı diplomatik əlaqələri kəsə biləcəklərini də çatdırıbmış.
" "Moscow Times"in xəbəri daha sonra bu cür davam edir: "Tərəflər arasında görüş sərt sözlərlə başlayıb və o cür də bitib. Türkiyə səfiri də Putini cavabsız buraxmayıb, onun bütün ithamlarını rədd edib və Moskvanı Suriyadakı vətəndaş müharibəsinin əsas günahkarı kimi göstərib”.
Daha sonra xəbərdə Putinin fikirləri bu şəkildə yer alıb: "Başçınız çox riyakar birisidir. Bir tərəfdən demokratiyanı dəstəkləyir və Misirdəki hərbi çevrilişi qınayır, amma digər tərəfdən də Suriyanın legitim prezidentini devirmək üçün terrorçu fəaliyyətlərə göz yumur".
Putin görüşdə, nəyin bahasına olursa-olsun, Bəşər Əsədi müdafiə edəcəklərini, ölkədə vətəndaş müharibəsinə son qoymaq üçün müttəfiqləriylə birgə çalışacaqlarını da bildirib.
Xəbərdə o iddia edilir ki, hadisədən qısa müddət əvvəl hər iki liderin Bakı səfəri səmimi dialoq çərçivəsində keçmişdi. Hətta rusiyalı həmkarından bu qədər səmimiyyət gözləməyən Ərdoğan öz yaxınlarına təəccübləndiyini, Putinin Əsəd məsələsində israrlı mövqeyindən əl çəkdiyini və deyəsən, Suriya diktatorunu qurban verməyə hazır olduğunu demişdi.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub