07-10-2015 [11:04]
""İctimai Televiziya və Radio Yayımları" (İTV) parlament seçkilərində pullu təşviqatın qiymətini açıqlayıb. Bir dəqiqəsi 3540 manata (ƏDV daxil olmaqla) prime-time qiymətidir. Ən aşağı qiymət isə saat 11:50-də olan qiymətdir; dəqiqəsi 1416 manat".
Mia.az xəbər verir ki, bunu media üzrə ekspert Ələsgər Məmmədli İTV-nin qiymət cədvəlini "Facebook"dakı səhifəsində şərh edərkən bildirib.
Onun yazısını olduğu kimi təqdim edirik:
"Bu yazını yazmaya da bilərdim. Amma bəzi azsaylı insan dairəsi bilir ki, bu ölkədə normal ictimai yayımın formalaşması üçün kənardan ən çox cəhd edənlərdən biri olmuşam. Heç vaxt qərəzlə məsələyə yanaşmamışam. Həmişə çalışmışam ki, stəkanın dolu tərəfini göstərib, doluya tamamlamağa yardım edim. Odur ki, bu yazını tarixə düşən bir not kimi yazıram. Bilirəm ki, mənim bu fikirlərim heç nəyi dəyişməyəcək. Dəyirman bildiyini edəcək. Amma, vicdan sahibi olanlar əminəm ki düşünəcək...düşünəcək.. və düşünəcək...
İctimai Teleradionun yaranmasındakı məqsədi gərək onu idarə edənlər (Baş Direktor və onun direktorlar Şurası) və nəzarət edənlər (Yayım Şurası) tam dərk etsinlər. Bunu dərk etmədən, ictimai yayım yaratmaq və yaşatmaq olmaz.
Hazırda İctimai yayım ağır böhran keçirir. Bu gün Sentyabr ayının prime-time vaxtının seçkilər öncəsi monitorinqini əldə etmişəm. Burda qiymətləndirməyəcəyəm, o ayrı mövzudur. Amma bir kəlmə ilə vahimdir.
Keçirəm əsas mərama; nədən siyasi təşviqatın ödənişli vaxtının qiyməti astronomikdir? Bu qiyməti kim, hansı kriteriyaya görə müəyyən edib? İctimai Yayımın istədiyi qiyməti müəyyən etmək hüququ varmı, bu legitim sayıla bilərmi? Qiymət yaratmaq üçün hansı kriteriyalar nəzərə alına bilərdi?
İlk olaraq gərək İctimai yayımı tənzimləyən Qanunda göstərilən məqsədə baxaq.
"İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.”
Siz məqsədlər arasında "yaxşı pul qazanmaq”, "kommersiya ilə məşğul olmaq”, "efiri satmaq” bəndlərinə haqlı olaraq rastlayamazsınız. Çünki, ictimai yayımın belə bir məqsədi yoxdur və ola da bilməz.
Həmin Qanunun 3-cü maddəsində 9 yayım prinsipi sayılıb:
3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
Bu 9 prinsipin hər hansı birində "gəlir əldə etmək”, "mənfəət güdmək”- kimi prinsiplər yoxdur. Amma əvəzində həsrət qaldığımız "plüralızm”, "informasiyanın tərəfsizliyi”, "başqalarından fərqlənmə”... prinsipləri var.
Minimum əmək haqqı 105 manat olan ölkədə; vətəndaşının 43200 dəqiqəsinə 397 manat (1 dəq=0,009 qəpik) aylıq orta əmək haqı ödənən ölkədə; 6 illik lisenziyanı 1000 manata əldə edən televiziyalar 1 dəqiqəlik efirə 3540 manat tələb etməsi normaldırmı? Xüsusilə, Qanunun 5-ci maddəsinə görə (maddə 5. İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır)- bir qəpik lisenziya və tezlik üçün xərci çıxmadan əbədi bu haqqa sahib olan yayımçı belə davranmalıdırmı?
Bəlkə kimsə durub deyə bilər ki, 6-cı maddədə "reklam fəaliyyəti ilə məşğul olmaq” bir hüquq kimi yayımçıya verilib, bunda nə var ki! Bəli, bu hüquq verilib. Amma birincisi, bunun olması normal deyil. İctimai yayımın maliyyə təminatı qanun gərəyi dövlət tərəfindən təmin edilib. İkincisi, reklam əmtəə və xidmətin tanıdılmasıdır. Parlamentə seçilmək istəyən şəxs nə özünü əmtəə kimi satmağı, nə də gəlir gərirəcək xidmət təklif etməyi hədəfləmir. Namizəd sadəcə özünü, gələcək platformasını, siyasi baxışlarını, görmək istədiyi ölkəni seçicisinə anlatmaq istəyir.
Bunun adı ictimaiyyətin bilgiləndirilməsi və doğru seçim etməsinə köməkdir.
Bu prosesdə məhz İctimai yayıma ciddi yük düşür. Necə ki pulsuz efir vaxtı bu məqsədlə ayrılır, cüzi ödənişli efir vaxtı da müəyyən edilərək, marjinal düşüncələrin cəmiyyətə çatmasında və zamanında siyasi məqamlara yolunun bağlanmasında ictimai yayım vasitə olmalıdır. İctimai yayım öz efirini müxtəlif baxışlı siyasilərin gizlətmək istədikləri tərəflərini cəmiyyətə çatdırmaqda ciddi rol almalıdır. Namizəd özünü, düşüncələrini gizlətmək istəsə belə, məhz jurnalistlər bunu açığa çıxarmaqda vasitəçi olurlar. Demokratik dünya təcrübəsini görmək yetərlidir.
İndi keçək əsas suala, İctimai yayımın efir qiyməti nədir, necə müəyyən edilə bilər?
Bu suala cavab axtaran istənilən şəxs iki yoldan istifadə edə bilər. Birinci yol, İctimai Yayımın efirinə qoyulan dövlət qiyməti. Bəli, döğru eşidirsiz, məhz dövlət illik bir dəyər müəyyən edərək, onun xərclərini əhatə edir. "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7.2.3. bəndindən görürük ki 2015-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinə verilən mərkəzləşdirilmiş xərclər adı altında maliyyə yardımının miqradı 16 milyon 552 min 800 mant olub. Yəni 24 saat yayımlanan bir televiziya və 24 saat yayımlanan bir radionun bir il ərzində efirdə olduğu saniyələrin miqdarı 63 milyon 115 min 200 saniyədir. Deməli hər saniyəyə dövlət 26,2 qəpik pul ödəyir. Əgər bu meyar əsas götürülsə, ən yüksək qiymət bir dəqiqə üçün 15 manat 74 qəpiyi keçməməlidir. Amma, unutmaq olmaz ki, bu dəqiqələrin dəyərini onsuz da dövlət ödəyir. Deməli, burda televiziyanın məqsədi gəlir qazanmaq yox, xərcləri kompensasiya etmək olmalıdır. Belə olan halda, həmin müddətin mayadəyəri çıxarılaraq, qiymət müəyyən edilməsi də doğru addım olar. Mayadəyəri dövlət tam kompensasiya etdiyindən, teleradio siyasi çıxışlar üçün dəqiqəsi 1 manat müəyyən edilsə belə, bu mənfəətli olacaq.
İkinci yol, illik reklam gəlirlərinin qanunvericiliyə görə reklam vaxtına bölünməsi ilə alınan rəqəm ola bilər. Bir il ərzində televiziya maksimum 104 min 904 dəqiqə reklam üçün vaxt ayıra bilər. Televiziya illik reklam gəlirlərini bu vaxta bölərək, dəqiqənin qiymətini müəyyən edə bilər. Təəssüf ki, İctimai yayımın rəsmi səhifəsində keçən il ərzində teleradionun reklam gəlirlərinə dair heç bir məlumata raslamadım. Odur ki, Teleradioya bir informasiya sorğusu göndərdim.
Ümid edirəm ki, 7 iş günü ərzində bu rəqəmi də mənə açıqlamış olacaqlar. Amma bu rəqəm olmasa da indi açıqlanan qiyməti reklam vaxtına vurmaqla müəyyən ehtimal əldə etmək olar. Əgər İctimai Yayımın rəhbərliyi belə bir qiyməti havadan qoymadıqlarını, hansısa maliyyə əməliyyatlarına görə hesabladıqlarını deyirlərsə, deməli illik 104 min 904 dəqiqəlik reklam vaxtını dəqiqəsi 1416-3540 manatdan satmaqla ildə 148 milyon 544 min 064 mantla - 371 milyon 884 min 680 manat arası reklam gəliri əldə edirlər. Bu gəlirdən imtina etməmək üçün yenə bu qiyməti qoyublar".
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılıq və onun fəsadları” adlı tədbir keçirilib
Hər şey “plan üzrə” gedir - Şahin CƏFƏRLİ YAZIR
İran prezidenti Makronla danlşıqda ABŞ-a zərbə sözü verdi: "Bənzər vəziyyətdə olsaydınız, nə edərdiniz?"
İran Hörmüz boğazını bağlayır - Dünyada neftin qiymətinin sürətlə qalxması gözlənilir
İran və İsrail bir-birlərinə qarşılıqlı zərbələr endrib
ABŞ İranı gözəgörünməz təyyarələrlə vurdu, Tramp həm təhdid, həm də çağırış etdi - Rəsmi Tehran "nəticəsi olacaq" dedi
Nazim Sadıxov braziliyalı rəqibini nokautla məğlub edib
Tofiq Musayev qırğız rəqibinə məğlub olub - İlk raundda
Axundun qaçırdığı 16 yaşlı qız danışdı - VİDEO
Müğənni Arzuxanım Həsənova niyə qandallanıbmış? - DİN-dən açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İran kəşfiyyatından ölkədəki agentlərə xəbərdarlıq: "Sabaha qədər təslim olun, yoxsa..."
"Ukrayna torpaqlarında 695 min rus əsgəri var" - "52 minlik ordu isə Sumiyə girməyə çalışır"
İsrail Əhvaz və Məhşəhrə hücum edib - SEPAH qərargahları vurulub
Hava şarı göydə alovlandı - 8 nəfər ölüb, 13 yaralı var
İCRA BAŞÇISI HƏBS OLUNDU - DTX-dən sensasion əməliyyat (YENİLƏNİB)
PA rəsmilərinin qəbul günləri - CƏDVƏL
Qəzzada 202 nəfər həyatını itirib - Son 48 saatda
İranlı nüvə alimi evində öldürülüb - Arvadlı ilə birlikdə
Dövlət Neft Fondunda yoxlama aparılıb
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
"Büdcə sistemi haqqında" qanunda dəyişir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
DEPUTATLAR DAHA 12 QANUNA DƏYİŞİKLİK EDƏCƏK - SİYAHI
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb - Açıqlama
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Sabah bəzi rayonlara leysan və dolu yağacaq
İCRA BAŞÇISI VƏZİFƏDƏN AZAD EDİLDİ - SƏRƏNCAM
Prezident İlham Əliyev onları təltif etdi - SİYAHI
Azercell dünya çempionlarını təbrik etdi - FOTOLAR
Bu sayt və qəzetlərə pul ayrıldı - SİYAHI
İsrail İrana növbəti zərbələr endirməyə başlayıb
Azərbaycanla daha bir ölkə arasında viza ləğv olunub
"Bu "mədəni, savadlı" adamlar öz dilləri ilə pula işlədiklərini deyirlər" - Könül Aydın yazır
"Yaşayış minimumu haqqında” qanuna dəyişdi - Deputatlar "hə" dedi
Elektrik enerjisi ilə bağlı yeni qanun qəbul edildi - Nələr olacaq?
Hansı müğənnilər daha çox qazanır? - ADLAR
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir
İstanbulda meşəlik ərazilərə girişə qadağa qoyulub
Un bahalaşıb - Agentlik son qiyməti açıqlayıb