30-09-2015 [16:22]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Qurban bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Mia.az AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Amerika və dünya müsəlmanlarının Qurban bayramını qeyd etdiyi bir vaxtda Mişel və mən Sizə ən səmimi təbriklərimizi yetiririk. Biz vacib əməl olan Həcc ziyarətini uğurla başa vurmuş üç milyon müsəlman zəvvarla birgə minlərlə ABŞ vətəndaşını da təbrik edirik”.
ABŞ Prezidenti qeyd edir ki, Həcc ziyarəti müxtəlif mənşə və ənənələrə malik insanların ortaq bəşəri dəyərləri bölüşmək üçün bir araya gəlməsini nümayiş etdirir.
Qurban bayramı həm sevinc və şənlik, həm də xeyriyyəçilik və mərhəmət, dua və dərin düşüncə bayramıdır. Birləşmiş Ştatlardan və dünyanın hər yerindən milyonlarla müsəlmanın İbrahim peyğəmbərin oğlunu qurban verməyə hazır olmasını yad etməklə ehtiyacı olanlara humanitar yardım göstərmələri məni ruhlandırır.
Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil.
Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik.
Bu cür mərhəmət əməlləri bütün məzhəblərdən olan insanların ortaq mənşə və dəyərlərini önə çəkir. Bu, mənim Prezident kimi tanış olduğum və dəyərləndirdiyim dünya ictimaiyyətinin əsl simasını – mərhəməti, müxtəlifliyi və əməkdaşlığı təcəssüm etdirir.
Prezident Barak Obamanın məktubu bu sözlərlə bitir: "Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq.
Qurban bayramınız mübarək və Həcc ziyarətləriniz qəbul olsun”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub