25-09-2015 [10:39]
"Ukraynada hadisələrin inkişafı hadisələrin bütün region üzrə inkişafından asılıdır. Mən burda təkcə Ukraynaya deyil, həm də Ukrayna xalqına işləyirəm. Mən həmçinin Gürcüstan və bütün reqion üçün çalışıram. Çünki Ukraynada uğura nail olmasaq, digər potsovet məkanlarda uğur əldə etmək olmaz”.
Mia.az xəbər verir ki, bunu ANS-ə Odessanın qubernatoru Mixail Saakaşvili bildirib. Gürcüstanın eks-prezidenti Ukraynanı səhmdar cəmiyyətlə müqayisə edərək, ölkənin rəsmi bölmələr deyil, oliqarxlar tərəfindən idarə edildiyini iddia edib:
"Bizdə, əslində, qanunsuz bir paralel hökümət fəaliyyət göstərir. Ölkəni sanki paralel sistem idarə edir və bu sistem də böhran dövründədir. Bununla da, bu sistem böhrandadır, digər sistem böhrandadır, dövlət qulluğu böhrandadır və indi biz anlamalıyıq ki, hardayıq”.
Saakaşvili "faktların dili ilə” danışmağa hazır olduğunu bildirib. Saakaşvili Ukrayna hökumətini Odessa Gömrük Xidmətinin xəzinəsində defisitə gətirən korrupsiya əməllərində ittiham edib. Onun sözlərinə görə, bir ay ərzində xəzinə 400 milyon, iki ay ərzində isə 800 milyon qriven az vəsait alıb ki, bu pula da Odessa-Reni yolunun inşasını başa çatdırmaq olardı. Odessa qubernatori hər bir ukraynalını belə bir sual üzərində düşünməyə çağırıb ki, Kiyev hökumətində rüşvət alma halları azalıbmı?
Mixail Saakaşvili gördüyü işlərdən və gələcək planlarından danışıb:
"İndiyədək bir çox uğurlu işlər görmüşük. Biz Odessada islahatlar paketi hazırlamışıq. Bu islahatlar təkçə bizi deyil, bütün Ukraynanı əhatə edəcək. Burda əsəs işimiz burokratiyanın ləgvi, gömrukdə qayda-qanun yaratmaq və korrupsiya mənbələrini bağlamaqdır. Həmçinin sənədləşmə qeydiyatı işlərinədə əngəllikləri aradan qaldırmağa çalışırıq”.
Mixail Saakaşvilinin Ukraynanın baş naziri vəzifəsinə keçiriləcəyi haqda məlumatlara da toxunub:
"Bu, mənimçün ciddi məsələ deyil. Burda ictimai təşkilatlar bu haqda danışır. Məncə, onlar bu posta məndən daha təçrubəli ukraynalı tapıb Nazirlər Kabinetini ona tapşıra bilərlər. Hazırda dövlətin baş naziri var və mənim bu haqda danışmağım düzgün olmaz. Mənim fikrimcə, bu posta daha layiqli namizədləri var. Mənim tənqid etməyim Ukraynada kiminsə yerini tutmaq üçün deyil, tənqid etdiyim şəxslərin özlərini yığışdırması, onların düzgün və təmiz işləmələri üçündür. Mən hər bir işdə kömək etməyə hazıram”.
Ukraynada yaşayan azərbaycanlılarla arasının əla olduğunu qeyd edən Saakaşvili onlarla birgə islahatlar aparmağa hazır olduğunu bildirib:
"Ukraynada fəaliyət göstərən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) bacarıqlı, savadlı şəxslər çalışır. Qubernator seçildikdən sonra məni ilk təbrik edənlər arasında onlar da var idi. Mən onlarla sıx təmasda çalışıram. Onların Odessada böyük diasporu var və biz birgə fəaliyyətimizi davam etdirəcəyik. Mən daim azərbaycanlılarla birgə çalışmağa hazıram. Bizim apardığımız iş düzdür və biz qalib gələcəyik”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub