Bakıda maşın park etmək üstündə - Kütləvi dava

img

23-09-2015 [15:33]


Bakı sakini bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, şikayət ərizəsilə müraciət edən 1965-ci il təvəllüdlü Əhədov Çingiz Tofiq oğlu Ş.Şamil küçəsi 22 ünvanının qarşısında avtomobilini park etdiyi üçün qonşuları tərəfindən döyüldüyünü bildirib.

Şikayətçi qonşuluqda yaşayan 57 yaşlı İntiqam Babayevlə oğlu 25 yaşlı Vüsalın, eləcə də 1990-cı il təvəllüdlü Məhərrəm Quliyevin hücumuna məruz qaldığını və ona fiziki zorakılıq göstərildiyini əlavə edib.

Müraciət əsasında araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA