Bakıda xanım həkimin 35 minlik fırıldağı

img

23-09-2015 [11:16]



Bakıda fəaliyyət göstərən "Atlas” Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə "Report”a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva "Atlas” Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni "Atlas” Tibb Mərkəzinin direktoru imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA