Jurnalist qızlar yenidən “Bandotdel”ə çağırılıblar

img

22-09-2015 [13:48]


Meydan TV-nin jurnalistləri yenidən "Bandotdel” ə çağırılıb. "Qafqazinfo” xəbər verir ki, bu barədə saytın əməkdaşı Sevinc Vaqifqızı sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, bu gün saat 14:30-da istintaqın rəis müavini Murad Quliyev onları yenidən dindirəcək.

Xatırladaq ki,bir neçə gün əvvəl saytın əməkdaşları İzolda Ağayeva, Sevinc Vaqifqızı və Aytən Fərhadova Ukraynadan qayıdarkən Heydər Əliyev adına hava limanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA