21-09-2015 [14:50]
Xəbər verildiyi kimi, sentyabrın 23-də Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılışı olacaq. Mərasimdə müsəlman ölkələrin - Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçılarının iştirak edəcəyi qeyd olunur. Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfər edəcəyi artıq dəqiqləşib.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib. O, "Sentyabrın 23-də Moskvada prezident Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq: "Türkiyə prezidenti Moskvada məscidin açılış törənində iştirak edəcək. Həmçinin, onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Vladimir Putin ayrıca danışıqlar aparacaq”.
Ekspertlər hesab edir ki, Qurban bayramı ərəfəsində Rusiyada Cümə məscidinin açılması və müsəlman ölkələri başçılarının Moskvaya dəvət olunması, əslində Kremlin Qərb dünyasında itirilmiş nüfuzunu qeyri-xristian toplumu hesabına nisbətən bərpa etməsinə hesablanıb. Ciddi sanksiyalarla üzləşən Rusiya iqtisadi və siyasi itkilərini müsəlman ölkələrilə əlaqələri gücləndirməklə ört-basdır etməyə çalışır. Həmçinin Kremldə yaxşı anlayırlar ki, müsəlman ölkələrində anti-Qərb əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir və bölgədəki böhranın, çaxnaşmaların əsas baiskarı kimi, Qərb dövlətləri göstərilir. Bu mənada yaranan stiuasiyadan öz maraqları üçün istifadə etməyə çalışan Moskva müsəlman dövlətlərinin prezidentlərini məhz Qurban bayramı ərəfəsində, özü də, məscidin açılış mərasimi adı altında bir yerə toplayır.
Politoloq Fikrət Sadıqov Teleqraf.com-a bildirib ki, Rusiya hər zaman müttəfiq axtarışında olub: "İndiki zamanda Rusiyaya müttəfiq hava-su kimi lazımdır. Çünki Qərb dövlətləri ilə münasibətləri pisdir. Sanksiyalar get-gedə gücləndirilir. Avropadan təcrid olunan Rusiya axtarışdadır, böhrandan çıxış yolu axtarır. Amma Rusiya dünyada lider ölkələrdən biri olaraq qalmaqdadır. Bizim maraqlarımıza zidd deyilsə, belə formal yaxınlaşmanı qəbul etməliyik. Biz bu yaxınlaşmadan öz maraqlarımız üçün istifadə etməliyik. Xüsusilə də, Dağlıq Qarabağ məsələsində Rusiyadan lazım olan dəstəyi almalıyıq. Biz bilirik ki, regionda bir çox məsələ, xüsusilə də, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Mənə elə gəlir ki, Rusiya-müsəlman dünyası yaxınlaşmasında istifadə edə bilsək biz Dağlıq Qarabağ münaqişəsinin daha tez həlli üçün Kremli güzəştə razı sala bilərik. Geosiyasi fon Rusiyanı geri addım atması üçün əlverişlidir. Biz bundan istifadə etməliyik".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub