Baş redaktor Sumqayıtdan namizəd oldu

img

19-09-2015 [23:07]


Azərbaycanın ilk regional xəbər portalı olan, artıq 6 ildir ki fəaliyyət göstərən "Sumqayitxeber.com”un təsisçisi və baş redaktoru Eyvaz Qocayev 1 noyabrda keçiriləcək Parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizdəliyini irəli sürüb. 

 Mia.az xəbər verir ki, son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı "Karyera bələdçisi” kitabı Azərbaycanda ən çox satılan kitablar siyahısına düşüb. Sumqayıtda yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev şəhərin sosial-mədəni həyatında xüsusi fəallığı və özünəməxsus təşkilatçılıq qabiliyyəti ilə seçilən bir gəncdir. Onun təşkil etdiyi teatr günləri, rok və muğam festivalları Sumqayıtın mədəni həyatını canlandıran tədbirlər olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA