16-09-2015 [14:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman forumda iştirak ediblər.
Azərbaycan-Çexiya biznes forumunda çıxış edən Prezident İlham Əliyev tədbirin iştirakçılarını salamlayaraq indiyə qədər iş adamlarımız arasında keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirdi. İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı Prezident Miloş Zemanın səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətini vurğuladı. Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin yaxşı koordinasiya olunmasının vacibliyinə toxundu. Dövlətimizin başçısı səfər çərçivəsində Çex Respublikası banklarının ölkəmizdəki layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini, gələcək illərdə əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev əməkdaşlıq baxımından nəqliyyat sektorunun verdiyi imkanlardan danışdı. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğuladı. Azərbaycan neftin Çex Respublikasına etibarlı ixracatçısı olduğunu deyən Prezident İlham Əliyev Avropanın qaz bazarında ciddi iştirakçıya çevrilən ölkəmizin "Cənub qaz dəhliz”i layihəsinin reallaşmasındakı rolundan danışdı. Dövlətimizin başçısı bu layihənin ölkəmizə təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacağını dedi.
Ölkəmizdəki sərmayə mühitindən danışarkən Prezident İlham Əliyev bildirdi ki, ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir. Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür. Bunu təsdiqləyən əsas amillərdən biri də cari ilin 8 ayında Azərbaycan iqtisadiyyatının 4 faizdən çox artması, qeyri-neft sektorunun inkişaf etməsi, xarici borcumuzun 10 faizdən aşağı olmasıdır. Azərbaycan iqtisadiyyatının dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biri olduğunu deyən dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş şəraitin olduğunu dedi və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyündən danışdı.
Prezident İlham Əliyev çıxışının sonunda əmin olduğunu bildirdi ki, bu forum əməkdaşlığını yeni sahələrinin müəyyən edilməsinə geniş şərait yaradacaq.
Çex Respublikasının Prezidenti Miloş Zeman ölkələrimiz arasında müəyyən oxşarlıqların olduğunu və bu bənzərliyin iqtisadi sahədə də özünü göstərdiyini dedi. Belə ki, Azərbaycan kimi Çex Respublikası da Avropa məkanında işsizliyin və xarici borcun aşağı həddə olması ilə fərqlənir. Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən Miloş Zeman Çexiyada 200-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirdi, bu sahədə əlaqələrin genişləndirilməsinin mümkünlüyünə toxundu. Miloş Zeman ölkələrimiz arasında sıx əməkdaşlığın qurulduğunu deyərək bu nailiyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkdi və əmin olduğunu bildirdi ki, yaradılan imkanlardan hər iki tərəf faydalanacaq.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub