“Mir” televiziya kanalı Azərbaycanda əhatə dairəsini genişləndirib

img

14-09-2015 [13:40]


Yeni teleyayım mövsümündən "Mir” və "Mir24” kanalları ilə bərabər, "Mir HD” kanalı da yayıma başlayıb. Bu barədə "Report”a "Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətinin (DTRŞ) Azərbaycan Milli Nümayəndəliyindən məlumat verilib.

Belə ki,"Mir HD” kanalı Bakı və Gəncə şəhərlərində"B&B TV”və "Ailə TV” kabel televiziyalarının operatorları tərəfindən yayımlanır. Kanal MDB ölkələrinin tamaşaçılarına xidmət göstərəcək. "Mir HD” ailə kanalı olaraq, seriallar, maraqlı sənədli filimlər, premyeralar, melodramlar və əyləncəli proqramlar yayımlayacaq. "Mir HD” telekanalını onlayn rejimdə www.mir24.tv və www.mirtv.ru internet portallarında da izləmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR