12-09-2015 [13:33]
"Bəşər Əsədin istefası Rusiya kontingentinin Latakiyada yerləşdirilməsindən sonra baş tutmalıdır".
Bu sözlər ukraynalı ekspert Andrey Smolyanskinin "Hvylya.net” saytındakı yazısında yer alıb. Onun sözlərinə görə, Qərb tezliklə Rusiyanın Suriya planı ilə razılaşacaq:
"Diplomatik mənbələr Yaxın Şərqdə Rusiya və İranın birgə yeni plan hazırladığını deyirlər. Məhz bu plandan Qərb imtina edə bilməyəcək. Rusiya xüsusi xidmət orqanları iyulun sonunda Suriya Prezidenti Bəşər Əsədin təhlükəsizlik üzrə məsləhətçisi Əli Məmlükün Səudiyyə Ərəbistanına və Omana səfərini təşkil etdi. Məmlük Səudiyyə Ərəbistanında şahzadə Məhəmməd bin Salmanla görüşərək Suriyadakı vətəndaş müharibəsinin dayandırılması ilə bağlı müzakirələr apardı. Rusiya artilleriyası bütün yay boyunca Ukraynanın mövqelərinə atəş açan zaman Rusiya diplomatiyası Suriya rəsmilərinin gizli görüşlərini təşkil edirdi. Artıq Bəşər Əsəd anlayır ki, o, hakimiyyəti istənilən halda əlində saxlaya bilməyəcək. Ona görə də təhlükəsizlik zəmanəti ilə özünün istefasını istəyəcək. Hakimiyyət onun məsləhətçisi Əli Məmlükə verilməlidir.
Bəşər Əsədin istefası Rusiya kontingentinin Latakiyada yerləşdirilməsindən sonra baş tutmalıdır. Artıq Latakiya ətrafında Rusiya hərbi hava bazaları yerləşdirilməyə başlanılıb. Rus kontingenti burada Bəşər Əsədin də aid olduğu ələvi azlığın müdafiəsini həyata keçirməlidir. Məhz ələvilər hazırkı rejimin yıxılacağı təqdirdə etnik təmizləmə üçün əsas hədəf hesab edilirlər. Bunun üçün birinci əsas səbəb yüz minlərlə öldürülmüş sünninin qisası məsələsidir. Əslində, burada da fikirlər ayrılır.
Bəziləri düşünür ki, Suriyada dinc əhalinin kütləvi şəkildə öldürülməsinə görə cavabdeh İŞİD yox, məhz hökumət qüvvələridir. Bunların sırasında xüsusilə, rejimin ölüm eskadronu sayılan "Şabiha” (ruhlar) fərqlənir. İkinci əsas səbəb isə bunun iqtisadi əhəmiyyət daşımasıdır. Ələvilər demək olar ki, bütün sahilyanı ərazilərdə yerləşiblər. Əgər ələvilər bu ərazilərdə hökmranlıqlarını saxlaya bilsələr, o zaman sünnilərin dənizə çıxış yolu bağlanmış olacaq. Lakin 4 illik müharibədən sonra ələvilər kifayət qədər əldən düşüb və Əsəd rejiminin yıxılacağı təqdirdə özlərini sünni qırğınından təkbaşına qorumaq iqtidarında deyillər. Bütün gizli danışıqlara baxmayaraq, Avropa və ABŞ-ın Moskva ilə Tehranın hazırladığı planla razılaşacağı güman edilir. Suriya müxalifəti isə yenidən ənənəvi olaraq parçalanacaq”.
Politoloq Rusiyanın Avropaya əsas zərbəsini endirdiyini də bildirib:
"Putinin BMT-nin Baş Assambleyasına Suriya planı ilə gedəcəyi gözlənilir. Putin özü ilk dövrdə Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək və sonra bu işi Xarici İşlər naziri Sergey Lavrova verəcək. Putin üçün BMT-də Donbasda vurulmuş "Boinq”lə bağlı danışıqlara görə, məsuliyyətdən yaxa qurtarmaq çox vacibdir. Ona görə də bir neçə həftədir ki, Rusiya öz döyüşçülərinin Suriyada olduğunu nümayiş etdirir. Suriya rus muzdlularının, Donbas aqressorlarının və terrorçularının məhv edilib onların İŞİD-ə, terrorizmə qarşı mübarizə aparan döyüşçülər olduğunu göstərmək üçün əsas camaşırxanaya çevrilir. Bir növ çirkli pulların yuyulması kimi. Putin həmçinin Avropaya qurşaqdan aşağı zərbə endirib. Bu isə suriyalı qaçqınların Avropaya axınının təşkilidir. Suriyalı kütlələr serblərin vasitəsilə Macarıstan sərhədinə gətirilərək Avropa Birliyinə daxil edilir. Bu kütlələrin içərisində İŞİD döyüşçüləri və Suriya xüsusi xidmət orqanlarının nümayəndələrinin olması da şübhəsizdir. Məhz həmin şəxslər sonradan bu qaçqınlar sırasında provokasiyalar həyata keçirəcəklər. Bu isə Avropa Birliyinin bütün dövlətlərinə, xüsusilə, Rusiyaya qarşı sanksiya təşəbbüskarı olan dövlətlərə zərbə olmalıdır”.
Axar.az
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub