Hərbi ekspert deputatlığa namizədliyini irəli sürdü

img

09-09-2015 [13:27]


"Dəyərli dostlar, hörmətli həmkarlar!!! Biz də qərarımızı verdik. İnşallah noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən namizədliyimiz rəsmən qeydə alındı”.

Bunu, ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov özünün facebook hesabında yazıb. Üzeyir Cəfərov Xətai sakinlərinə müraciət edərək onun deputatlığa namizədliyini dəstəkləməyə çağırıb.

"Əgər Tanrının qisməti və Seçicilərin arzusu olarsa, mən onların etimadını doğrultmağa çalışacağam. 2005-ci ildə Milli Məclisə keçirilmiş o vaxtkı seçkilərdə 73 saylı Lənkəran seçki dairəsindən deputat seçilmək istəsəm də, bəzi obyektiv və subyektiv səbəblərdən, bəzi əldən natəmiz şəxslərin müdaxiləsi nəticəsində bu alınmadı. Amma, inanıram ki, bu ilki seçkilər tamam fərqli və daha şəffaf, daha obyektiv keçiriləcək.


Bu marafonda iştrak edən hər bir kəsə uğurlar arzulayıram. İnşallah, seçki prosesinə, daha doğrusu təbliğat və təşviqat proseslərinə start verildikdən sonra biz adları yuxarıda göstərilən ünvanlarda yaşayan bütün hörmətli sakinlərlə yaxından tanış olub, onların arzu və istəklərini dinləməyə çalışacağıq.

Tanrı Azərbaycanımızı qorusun. Tanrı xalqımıza firavan və yaxşı günlər qismət eləsin!!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA