İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib

img

07-04-2026 [08:54]


İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal altındakı Şərqi Qüdsdə 38 gündür müsəlmanlar üçün bağlı olan Əl-Əqsa Məscidində növbəti dəfə şou verməyə can atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nazir bir qrup fanatik yəhudi ilə birgə Əl-Əqsa Məscidinin qərb divarındakı Muğrabi Qapısından əraziyə daxil olub. Onun orada nə etdiyi açıqlanmayıb. 

Xatırladaq ki, İsrail və ABŞ-ın İrana hücuma başladıqları gündən, yəni, 28 fevraldan məscidə giriş tamamilə qapadılıb.

Onu da qeyd edək ki, adıçəkilən nazir son illər dəfələrlə başının dəstəsiylə məscidə soxularaq oradan dini ayinlər təşkil edib.

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA