Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı

img

07-04-2026 [12:17]


Bu gün səhər tezdən İstanbulun Üsküdar Bələdiyyəsində əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Üsküdar Bələdiyyəsində tikintiyə icazələrin rüşvətlə veirlməsi iddiası əsasənda  İstanbul və Yalovada 30 ünvanda eyni anda əməliyyat keçirilib.

Əməliyyatda aralarında tikinti şirkətlərtinin rəhbərləri də daxil olmaqla, 20 nəfər saxlanılıb: “Saxlanılanlar arasında Üsküdar bələdiyyə sədri Sinem Dedetaş olmasa da, bələdiyyə binasına giriş-çıxış bağlanıb. Hazırda binada və saxlanılanların ev və iş yerlərində axtarış davam edir”

Hüseyn Namazov
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA