Azərbaycanda doğuş zamanı daha bir ölüm

img

08-09-2015 [11:51]


Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğuş şöbəsində (`Respublikanski` adı ilə məşhurdur -red) qeysəriyyə əməliyyatı zamanı Günel Babayevanın dünyaya gətirdiyi körpə ölüb. Bu barədə AzVision.az-a G.Babayevanın yaxınları məlumat veriblər. Bildirilib ki, əməliyyata kimi uşağın hər hansı problemi olmayıb. Yaxınlarının sözlərinə görə, G.Babayevanın körpəsinin ölümündə əməliyyatı aparan həkimlər günahkardır. Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlasaq da oradan bu məsələ ilə bağlı açıqlama vermək istəmədilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA