Bakıda 3 qardaş ər və arvadı küçədə döydü

img

06-09-2015 [13:56]


Qaradağda üç qardaş birlikdə ər və arvadı döyüblər.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, rayonun Qızıldaş qəsəbəsində 3 qardaş yolda ər və arvadı döyüblər. Qadın əl və ayağından bıçaq zərbələri alıb.

Hadisəni törədənlər qəsəbə sakinləri Mehman, Rövşən və Rəhman Alıyev qardaşları olub.

Onlar xuliqanlıq zəminində 1979-cu il təvəllüdlü Şəadət Mahmudovu və onun arvadı 1986-cı il təvəllüdlü Ülkər İldırımı döyüblər. Onlar Ü.İldırımı əl və ayağından bıçaqla vurublar. Hadisə nəticəsində ər və arvad xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən qardaşlar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA