Cəmil Həsənli deputatlığa namizəd olmayacaq

img

07-09-2015 [17:11]


"Milli Şura Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını bu həftə açıqlayacaq”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.
C. Həsənli seçkidə iştrak etməmə ehtimalının da mümkünlüyünü bildirib: "Hər halda mən bu seçkilərdə iştirak etməyəcəyəm. Mənimlə bağlı məsələ aydındır. Milli Şuranın seçki ilə bağlı qərarı isə bu həftə məlum olacaq”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA