31-08-2015 [12:06]
Nyu-York ştatında yerləşən ABŞ-ın yəhudi icmasının tanınmış və nüfuzlu mərkəzlərindən hesab olunan Həmton Sinaqoqunda (Hampton Synagogue) Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilmiş tədbir keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun da iştirak tədbirdə ABŞ-ın yəhudi icmasının tanınmış simalarından olan ravin Mark Şnayerin (Marc Schneier) açılış nitqi söyləyib. O, Azərbaycanı tolerantlıq və barış ölkəsi kimi xarakterizə edərək, burada yəhudi və müsəlmanların barış, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyib.
Bu yaxınlarda Azərbaycana səfər etdiyini və bu zaman Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü xatırlayan M.Şnayer ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmasına xüsusi diqqət və qayğının olduğunu söyləmişdir. Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyən M.Şnayer, bunun təkcə iqtisadiyyat sahəsində deyil, cəmiyyətin bütün sahələrində hiss edildiyini vurğulayıb.
M.Şnayer Bakı 2015 Avropa Oyunlarının Azərbaycan tərəfindən qısa zamanda, ən yüksək səviyyədə təşkil edildiyini bildirərək, bunun Azərbaycanın iqtisadi gücü və siyasi iradəsinin göstəricisi olduğunu bildirib.
Daha sonra çıxış edən yəhudi icmasının tanınmış nümayəndələrindən biri Dr.Hank Şeynkof tədbir iştirakçılarını maraqlandıran sualları və Azərbaycanı regionda unikal edən cəhətləri Azərbaycan nümayəndəsi ilə birgə cavablandırıb.
Səfir Elin Süleymanov isə çıxışında Azərbaycanın müsəlman ölkəsi olaraq bütün din və mədəniyyətlərə hörmətlə yanaşdığını və bu baxımdan yəhudi xalqı ilə müsbət münasibətlərdə olmasını bir nümunə olduğunu söyləyib. O, bunun Azərbaycan xalqının ənənəsinə söykəndiyini və eyni zamanda, Azərbaycan rəhbərliyinin tolerantlıq və dialoqa sadiqliyinin nəticəsi olduğunu vurğulamışdır. Məhz Azərbaycan dövlətinin keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan yəhudi və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, bu gün də güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında iştirak edirlər.
Regionda baş qaldıran radikal meyllərin qlobal təhdidə çevrildiyi bir zamanda Azərbaycan kimi müsəlman, tolerant və inkişaf etmiş cəmiyyət ekstremizm və radikalizmə ən uğurlu cavab olduğunu qeyd edən azərbaycanlı diplomat, özündə proqressiv dəyərləri və dərin adət-ənənəni ehtiva edən Azərbaycan cəmiyyətinin müsəlman və digər region ölkələri üçün nümunə olduğunu bildirib:
"Təəssüflə qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, vaxtaşırı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir. Məsələn, dünyada baş verən hadisələr fonunda ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası öz hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi elementar məntiqə sığmır...".
Tədbir zamanı Azərbaycanın tolerantlıq ənənələrinin dərin tarixi köklərə malik olduğunu qeyd edilmiş, Azərbaycanın, hətta ABŞ və Avropanın hazırkı bir çox aparıcı dövlətlərindən də öncə qadınlara seçki hüququnu verən dövlət olduğu misal olaraq göstərilmişdir. Səfir, hazırda da qadınların rolunun cəmiyyətin həyatının bütün sahələrində çox əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və aparıcı rolu altında çox mədəniyyətlilik və tolerantlıq ənənələrinin təşviq edildiyini söyləmişdir.
Belə ki, Azərbaycan yalnız bəyanatlarla kifayətlənmir, cəmiyyətin gündəlik həyatının bütün sahələrində tolerant və bərabərhüquqlu yanaşma mövcuddur.
Regionunun sosial-iqtisadi durumu barədə verilən suallara cavab verərkən azərbaycanlı diplomat, ölkənin çoxşaxəli və dayanıqlı iqtisadiyyata malik olduğunu söyləmişdir. Təəssüf ki, regionun inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Keçmiş sovet məkanında cərəyan edən hadisələrə cavab verərkən diplomat ABŞ-ı regionda mövcud olan separatizm faktlarına birmənalı yanaşmasının vacib olduğunu vurğulamışdır. Əks halda, ikili standartlar nəinki münaqişələrin sülh yolu ilə həllinə yardım etməyəcək, hətta ABŞ-ın regiondakı maraqlarına ciddi təsir göstərəcək.
Qeyd edək ki, Həmpton Sinaqoqu ABŞ-ın yəhudi icmasının aparıcı mərkəzlərindən olmaqla yanaşı, yüksək səviyyəli dövlət nümayəndələrinin də tez-tez ziyarət etdiyi məkanlardan biridir. M.Şnayer isə etnik və dini məsələlərin araşdırılmasında ABŞ-da aparıcı qurumlarından olan "Etnik Anlaşma Fondunun” (Foundation for Ethnic Understanding) rəhbəri olmaqla yanaşı, yəhudi-müsəlman anlaşmasını təşviq edən qabaqcıl simalardan biri kimi tanınır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi