YAP namizədlərinin siyahısını nə vaxt açıqlayacaq? - Açıqlama

img

28-08-2015 [16:32]


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən seçkilər noyabrın 1-də keçiriləcək. 

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası sərəncam dərc edildikdən sonra namizəd siyahısını açıqlayacağını bəyan etmişdi.

Mia.az xəbər verir ki, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı  Qafqazinfo-ya açıqlama verib. O bildirib ki, namizəd siyahısı bü gün açıqlanmayacaq: "Yekun siyahı YAP İdarə Heyətində müzakirə olunacaq və qərar veriləcək. İH bununla bağlı yekun qərarını verməlidir. Hesab edirəm ki, yaxın günlərdə namizəd siyahısı ictimaiyyətə açıqlanacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA