"Məni assalar da, kəssələr də, çarmıxa çəksələr də..." - Partiya sədri

img

31-08-2015 [11:07]


Artıq qarışıdan gələn parlament seçkiləri ilə bağlı rəsmi qərar verildi. Bu qərar bir sıra siyasi qüvvələri hərəkətə gətirib.

Müasir Müsavat Partiyası da qarşıdan gələn parlament seçkilərində iştirak qərarı verib. Bu barədə Mia.az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev deyib ki, artıq prezdent seçki ilə bağlı sərəncam imzalayıb və prosesə qanunla start verilib. Onun sözlərinə görə, partiyanın Siyasi Şurası gələn həftə toplanaraq yekun qərarı verəcək: «Hazırda partiyada seçki ilə bağlı fərqli mövqelər var. Prülarizm olduğuna görə, hər kəsin mövqeyinə hörmətlə yanaşırıq. Ona görə də müzakirədən sonra konkret bir söz deyə bilərik. Düzü, hazırda fikrimi açıq və qəti şəkildə deyə bilmirəm, çünki gözlədiyim müəyyən məsələlər var. Ötən prezident seçkilərində mənə qarşı nə qədər əks mövqe sərgiləndi axırdan ikinci yerdə oldum. Ancaq həmin seçkidə topladığım səslərin ümumi sayı imkan verir ki, 5-6 deputat yeri qazanım. Yəni, mənim səs almaq problemimi yoxdur. Mənim öüzümün hansı dairədən namizəd olacağıma gəlincə, hələlik dəqiq bir söz deyə bilmərəm. Çünki mən partiya sədri olsam da, mənim də məsləhətləşdiyim, fikirlərinə, mövqelərinə hörmət elədiyim şəxslər var. Yəqin ki, müzakirələrdən sonra bu məsələ ilə bağlı qərarımı qətiləşdirəcəm. Elə məsələlər var ki, mən onu sizə də deyə bilmərəm. Bununla bağlı müəyyən söhbətlər gedir, danışıqlar aparıram. Bu həm partiya daxilində, həm də başqa yerlərdə baş tutur. Hər halda, yaxın günlərdə hər şey bəlli olacaq».

Seçkidə hansısa siyasi qüvvə ilə əməkdaşlığa gəlincə, H.Hacıyev kimisə yedəklərində önə çəkməyə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, özündər və papkasından baqda adamları olmayan partiyalarla əməkdaşlıqdansa, təkbaşına mübarizə aparmaq daha səmərəlidir: «Bizim part iyanın kifayət qədər nüfuzu var. Məmurlara qarşı ən sərt mövqeyi biz nümayiş etdirmişik. Hər zaman öz mövqeyimiz olub. Bu səbəbdən də cəmiyyətdə özümüzə məxsus ağırlığımız var. İndi illər ərzində topladığımız bu elektoratı nəyə görə kiməsə xərcləməliyik? Ona görə də seçki marafonunda da təkbaşına olacağıq. Heç kmi tərkimizə alası deyilik, başqasının da atına minmərik. Allaha şükür öz atımız da bərk gedir».

H.Hacıyev onu da qeyd edib ki, MMP siyasi xəttində heç bir dəyişiklik etməyib. Onun qənaətincə, dövlətçiliyin qorunması nə vacib xətdir və rəhbəri olduğu partiyanın ən ali məramı bu kursu davam etdirməkdir. «Bu gün hakimiyətin daxilində elə şəxslər var ki, bizim bu yolda olmağımızı istəmirlər. Amma məni assalar da, kəssələr də, çarmıxa çəksələr də, hər zaman qardaşımın yanında olmuşam, bundan sonra da olacağam. Parlamentdə düşsək də, düşməsək də, biz yolumuzdan dönmərik, üz çevirmərik. Heç kim düşünməsin ki, Hafiz Hacıyevi incik salıb dövlətçiliyə qarşı qaldıra bilərlər. Mən bu gün hansı mövqedəyəmsə, sabah da həmin mövqedə olacağam, amma gündə bir mövqe dəyişənlərə, hakim komandada xəyanət edənlərə qarşı mübarizəmi də davam etdirəcəm», - deyə partiya sədri fikrini tamamlayıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA