28-08-2015 [12:50]
Azərbaycanda azsaylı xalqlardan biri olan avar xalqının tanınmış və nüfuzlu nümayəndəs, eləcə də Avar - Azərbaycan İB-nin sədri Məhəmməd Nooyev qarşıdan gələn parlament seçkilərində iştirak etməyi düşünür.
Bu barədə Mia.az-a açıqma verən M.Nooyev seçkidə iştirakla bağlı niyyətinin səbəblərini açıqlayıb: "Sözün açığı mən həmişə bir dövlət qulluqçusu kimi inzibati idarəetmə sahəsində fəaliyyət göstərmişəm və qanunverici hakimiyyətdə təmsil olunmaq kimi xüsusi bir şəxsi istəyim olmayıb. Lakin, 2010-cu ildə keçirilmiş parlament seçkilərində doğulub-böyüdüyüm, uzun müddət müxtəlif dövlət vəzifələrində çalışdığım Balakən rayonunun ağsaqqallarının və yerli əhalinin təklifini və çoxsaylı müraciətlərini nəzərə alaraq deputatlığa namizədliyimi irəli sürmüşdüm. Yerli sakinlərin və rayon ağsaqqallarının əsas arqumenti bundan ibarət idi ki, mən Balakəni, Balakən isə məni kifayət qədər yaxşı tanıyır. Bu faktor həmin dairəni parlamentdə layiqincə təmsil edə bilməyim üçün geniş imkanlar yaradırdı. Təəssuflər olsun ki, muəyyən səbəblərdən bu mümkun olmadı”.
Müsahibimiz onu da nəzərə çatdırıb ki, həyatını dövlət quruculuğu prosesinə həsr etmiş dövlət qulluqçusu, eləcə də ümummilli liderin ideyalarına sadiq qalmış və 1993-1998-ci illərdə Ulu öndər Heydər Əliyevin, 2003-2008-cı illərdə isə cənab İlham Əliyevin qələbə qazanması naminə seçki kampaniyasında təbliğat-təşviqat qrupunun üzvü kimi yorulmadan çalışmış partiya funksioneri olaraq, Avar-Azərbaycan İctimai Birliyinin rəhbərliyi Azərbaycanın multikultiralizm və tolerantlıq ənənələrinin təbliği, Avar-Azərbaycan xalqlarının dostluğu və həmrəyliyi istiqamətində yorulmadan çalışan bir avar ziyalısı kimi mənə Yeni Azərbaycan Partiyası etimad göstərərsə, böyük məmuniyyətlə doğulduğum Balakən rayonundan seçkilərə qatılacaq. Onun qənaətincə, bu etimadı ləyaqətlə doğruldaraq qələbə qazanacağına əmindir: "Hesab edirəm ki ,bünun üçun kifayət qədər potensialım var. Həmçinin ölkəmizdə mövcud olan demokratik siyasi sistem hər bir vətəndaşa öz potensialını reallaşdırmaq üçün geniş imkanlar yaradır. Ölkəmizdə parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi üçün kifayət qədər qanunvericilik bazası , təcrübə vardır. Həmçinin düşünürəm ki , yeni parlamentin tərkibi də Azərbaycanda multukulturalizm dəyərlərinin inikası və təntənəsi olacaqdır.Bu baxımdan çalışacağam ki , Döğma Azərbaycanımız üçün layiqli töfhə verim”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi