Kim haqlıdır: Vüqar Bayramov, yoxsa Meydan TV? - Səs yazısı və FOTO yayıldı

img

28-08-2015 [22:40]



Meydan TV OCCRP araşdırması olan "Mystery Company Quickly Wins More Than 120 Tenders" (Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib) adlı məqaləni iki dildə - Rus və Azərbaycan dillərində yayımladıqdan sonra araşdırmada rəy bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bəyanat yayaraq, həm OCCRP-ni, həm də Meydan TV-ni yalan danışmaqda suçladı və verdiyi müsahibəni inkar edib.

O mətbuata müsahibəsində qeyd edir: "Məqalədə "Vüqar Bayramov” adı dörd dəfə çəkildiyi halda, təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən adımdan şərh yayımlanıb. Məqalədə adı hallanan şirkətlə bağlı mən nə ‘Organised Crime and Corruption Reporting Project (OCCRP)’ layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Belə olan halda, mənə ardıcıl olaraq istinadlar olunur. Bu, bizim adımızdan sui-istifadədir və İSİM bu cür hallara qarşı mübarizə aparmaq niyyətindədir".

"Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil” - deyə Vüqar Bayramov təkidlə qeyd edir.

Eyni zamanda millət vəkili Aydın Mirzəzadə də Vüqar Bayramova dəstək verərək OCCRP təşkilatını və Meydan TV'ni saxtakarlıqda ittiham etmişdir: "Bir qrup üzdəniraq QHT-lər ölkələr haqqında uydurma, yalan məlumatlar yayır, ölkələri "siyahıya” düzür, başqa qrup, məlum şəbəkənin digər hissəsi-özünü KİV adlandıranlar isə həmin yalanı tirajlamağa çalışırlar".

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatının direktoru Drew Sullivan qeyd edir ki, OCCRP olaraq nəinki Azərbaycanda, bütün dünyada baş verən bir çox korrupsiya halları ilə araşdırmalar aparır. Və bütün bu araşdırmalar heç bir fakt, sübut olmadan əsla yayımlanmır.

Bunu əsas tutaraq təşkilat Vüqar Bayramovdan alınan müsahibənin səs yazısını Meydan TV vasitəsilə oxuculara təqdim edib(Səs yazısı aşağıda verilib)

Mia.az xəbər verir ki, bu son səs yazısı əsasında yayılan yazıya Vüqar Bayramov Facebook üzərindən münasibət bildirib:  "Mənim 8 ay öncə yerli mətbuata verdiyi müsahibəsini konteksdən çıxararaq və özlərindən iqtisadçının adından cümlələr əlavə edən Meydan TV və The Organized Crime and Corruption Reporting Project (OCCRP) layihəsi tələm-tələsik "qara piar" məqaləsinə dəyişikliklər edib. Belə ki, mənim adımdan gedən və uzun müddət reklam edən cümlələr məqalədən çıxarılıb.. Belə ki, Meydan TV onun guya mənim tərəfindən tenderlərin formal olması və sair sözlərinin deyildiyini bildirsə də o cümlələrin heç biri 8 ay öncə verilən müsahibədə yoxdur. Əlavə edilən foto-fakta baxın. Bu sözügedən mətbu qurumların necə qərəzli və ölkəmizə qarşı necə mövqe tutduğunu göstərir".

Vüqar Bayramov dediklərini aşağıdakı foto-faktla davam etdirib:


Bu isə Meydan TV-nin yaydığı lent yazısıdır:

MİA.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR