Jurnalist Mahal İsmayıloğlu vəfat etdi

img

28-08-2015 [15:13]


Tanınmış jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.

M.İsmayıloğlu Respublika Kliniki Xəstəxanasında böyrək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan "Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti”nin baş redaktoru olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA