Jurnalistlər Bakı Şəhər Prokurorluğu qarşısında aksiya keçirdi

img

27-08-2015 [14:41]


Bakı şəhərinin prokuroru Əziz Seyidov tərəfindən qəbul edilən KİV təmsilçiləri jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər.

Bu gün bir qrup jurnalist Bakı Şəhər Prokurorluğunun qarşısına toplaşıb. Mətbuat nümayəndələri avqustun 8-də döyülərək, öldürülən jurnalist Rasim Əliyevin ölüm işi üzrə istintaqın gedişatı ilə bağlı narazılıqlarını bildiriblər.

Jurnalistləri Bakı şəhərinin prokuroru Əziz Seyidov qəbul edib.

Media təmsilçiləri jurnalist Rasim Əliyevin müalicəsi zamanı səhlənkarlığa yol verən həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı da Bakı prokuroruna müraciət ediblər. Jurnalistlər həmçinin istintaqın ədalətli aparılmasını, günahkarların layiqli cəzalarını almasını istədiklərini bildiriblər. 

Bakı şəhərinin prokuroru Ə.Seyidov jurnalistlərin tələblərini və şikayətlərini dinləyib.

Prokuror jurnalislərə bu tələbləri ilə bağlı müraciət hazırlayıb, rəsmi şəkildə istintaq orqanlarına təqdim etmələrini məsləhət görüb və onların müraciətlərinin mütləq araşdırılacağını bildirib. (Musavat.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA