Gömrük Komitəsi məşhur bloggerlə bağlı məlumat yaydı

img

26-08-2015 [16:10]


Dünən bir sıra internet saytlarında və sosial şəbəkələrdə yayılan "Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar” xəbərinə Dövlət Gömrük Komitəsi rəsmi münasibət bildirib. 

DGK-dən daxil olan məlumata görə, Erik Davidoviç Kituaşvilinin idarə etdiyi "BMV” markalı o165HO777 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” postunda gömrük baxışı həyata keçirilib. Gömrük baxışından öncə Erik Davidoviç Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib. 

 
Erik Davidoviç Kituaşvili

E.D.Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq,  gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunub. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib. E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayitmağa qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR