Azərbaycanda qadın vəkili ürəyindən vurdular - Şok olay

img

25-08-2015 [15:50]


Gəncədə vəkil qadını bıçaqlayıblar.
 
Hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb. Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və hazırda əməliyyat olunur.
 
Məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır(APA).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA