DİN Mingəçevir şəhər Polis Şöbəsində baş verən ölüm hadisəsinə aydınlıq gətirib

img

21-08-2015 [11:53]


Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: "İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.
Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb. "İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” deyə E. Zahidov qeyd edib.
Qeyd edək ki, bəzi KİV-də polis tərəfindən saxlanılan B. Hacvıyevin döyülərək öldürülməsi barədə məlumatlar yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA