Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub - VİDEO

img

24-08-2015 [13:51]


Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub.

Mia-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi "Mercedes” markalı avtomobillə orada "BMW” markalı avtomobildə xidmətdə olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA