Səfirin həyat yoldaşı Bakıda qəzaya düşdü - Polisdən açıqlama

img

24-08-2015 [10:49]


Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb. 

Bu barədə Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə Təbriz küçəsində baş verib. Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu "Mercedes” markalı avtomobil "Nissan” markalı maşınla toqquşub.

M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib. Faktla bağlı araşdırma aparılır(Report).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA