Bakıda 17 yaşlı qız itkin düşüb

img

19-08-2015 [12:13]


Bakının Binəqədi rayonunda 17 yaşlı qız itkin düşüb.  

M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Aytən Ceyhun qızı Abdullayeva naməlum səbəbdən yoxa çıxıb.  Aytən Abdullayeva avqustun 15-də, saat 22.00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 17 yaşlı qızın itkin düşməsi ilə bağlı valideynləri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət ediblər.  

Hazırda 17 yaşlı qızın tapılaraq evinə qaytarılması üçün tədbirlər görülür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA