Teleaparıcının həbs müddəti azaldıldı - Məhkəmə qərarı

img

14-08-2015 [13:14]


Teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdə dəyişiklik edilib. Ali Məhkəmədə teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kasasiya şikayəti qismən təmin edilib və onun barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarına əsasən İ.Mirzəyevin cəzası 3 il 6 aya endirilib. 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. (Modern.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA