Çindəki devalvasiya Azərbaycana nə vəd edir? - İqtisadçıdan ilginc proqnoz

img

14-08-2015 [12:01]


Tanınmış istisadçı Qubad İbadoğlu Çin valyutasının devalvasiyaya uğraması barədə öz fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.
 
Strateq.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, "Dünya fabrikı" rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb:
 
"Hətta, Çindən Azərbaycana ixracatın həcmi bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları azalaraq 260 milyon dollar təşkil edib. Çinin ixracat göstəricilərində müşahidə olunan azalmanın səbəblərindən biri Yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur. Belə ki, son 18 ayda Çin yuanı dəyərini Avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və Yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında artırmışdı. Bu isə kifayət qədər rəqabətli regionda onun iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Belə ki, Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Odur ki, Çin valyutasının devalvasiya zərurətdən irəli gəlirdi. Çox ehtimal ki, Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb, devalvasiyanın yenidən və kiçik tepmlərlə olsa da davam etməsi ehtimalı hələ aradan qalxmayıb. Yuanın devalvasiyası dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək. 
 
Çinin milli valyutasının devalvasiyaları ölkənin ixrac potensialının genişlənməsinə xidmət edəcək. Bu həmçinin Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq. Son günlər dünya bazarlarında neftin və digər xammalların qiymətlərinin ucuzlaşması səbəblərindən biri də Cindəki devalvasiyadır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA