İsrailin xarici işlər naziri Milli Məclisin deputatları ilə görüşüb - FOTO

img

26-01-2026 [18:56]


İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfəri çərçivəsində bu gün Milli Məclisin deputatları ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barəd o, sosial emdia hesabında yazıb: "Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş əla keçib. Biz İsrail və Azərbaycan arasındakı etimad, qarşılıqlı hörmət, ümumi dəyərlər və maraqlara əsaslanan dərin dostluq haqqında məhsuldar söhbət apardıq. Bu strateji tərəfdaşlığı gücləndiririk!".

Görüşdə deputatlar Anatoli Rafailov, Rasim Musabəyov, Asim Mollazadə və Nigar Arpadarai iştirak ediblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA