ABŞ-da güclü qar: 30 nəfər ölüb - Yarım milyondan çox insan işıqsız qalıb

img

27-01-2026 [09:52]


ABŞ-ın böyük bir hissəsini ağuşuna alan qar fırtınası və kəskin şaxtalar böyük fəlakətə yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava şəraiti səbəbindən ölənlərin sayı 30-a çatıb.

Məlumata görə, elektrik xətlərində yaranan problemlərə görə  554.000-dən çox insan işıqsız qalıb.

ABŞ Milli Hava Xidmətindən bildirilib ki, Pensilvaniyanın şimalındakı bəzi ərazilərdə qarın qalınlığı 50 santimetrə çatıb,  temperatur -31 dərəcə selsiyə düşüb: "Ümumilikdə, 17 ştat üzrə hava şəraiti olduqca əlverişsizdir..."

ABŞ Milli Hava Xidməti əhaliyə yolların buizlanmasını xatırladıb, evdən çıxmamağı tövsiyə edib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA