Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"

img

27-01-2026 [00:08]


UEFA Çempionlar Liqasında bu gün doğna meydanında "Qalatasaray"la qarşılaşacaq "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola azarkeşlərə səslənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ilk 8-liyə yüksəlmək üçün azarkeşlərinin dəstəyinə ehtiyac duyduqlarını söyləyib.

Əsas oyunçularının zədə və kart səbəbindən bəzilərinin "Qalatasaray"a qarşı matçda yer almayacağını xatırladan Qvardiola bildirib ki, bu səbəbdən 12-ci oyunçu kimi tərəfdarları 90 dəqiqənin sonuna qədər komandanın yanında olmalıdır: "Mark Qehi, Antuan Semenyo, Rodri, Niko, Savinyo və Con Stouns matçda olmayacaq. Bu, uzun bir siyahıdır, amma ümid edirəm ki, tribunalarımız bizi ruhlandıracaq".

Xatırladaq ki, bu oyuna qədər "Mançester Siti" 13 xalla 11-ci, "Qalatasaray" isə 10 xalla 17-ci yerdədir.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA