"İnsanlar cana doyaraq küçələrə çıxmağa məcbur olacaq" - Əli Orucov

img

22-08-2015 [15:59]


"Mingəçevirdə Pilis İdarəsində müəmmalı şəkildə dünyasını dəyişən Bəhruz Hacıyevin dəfn mərasimindən sonra gərginliyin yaranması, polis-vətəndaş qarşıdurması, sakinlərin kütləvi etirazlarına zor tətbiq edilməsi ciddi narahatlıq doğrur. Baş verən hadisələrın daha da dərinləşərək arzuolunmaz istiqamətə yön almaması üçün müfaviq qurumlar məsuliyyətlərini dərk edərək hərəkətə keçməli, qaranlıq qalan məqamları obyektiv surətdə aydınlaşdırmalı, lazımı tədbirlər görməlidir”. 

Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov Mingəçevirdə son günlər cərəyan edən olaylarla bağlı mövqeyini ifadə edərkən deyib. AMİP yetkilisi daha sonra bildirib: "Azərbaycanda insanların günahsız yerə, heç bir dəlil- sübut olmadan həbsxanaya atılmaları, bəzi dövlət qurumları tərəfindən işgəncələrə və soyğunçuluğa məruz qalmaları, vəzifəli və səlahiyyətli şəxslər tərəfindən incidilmələri, elementar hüquqularının pozulması getdicə daha artmaqdadır. O cümələdn də polis əməkdaşlarının vətəndaşlara qarşı aqressiv davranışları, vəzifə səlaiyyətlərini aşmaları, qanundan kənar hərəkətləri adi hal alıb. Belə mənzərə ilə gündəlik rastalaşan sadə insanlar təbii ki, cana doyaraq bir gün açıq etiraz bildirməyə, küçələrə çıxmağa məcbur olacaq. Bununla belə əhalinin indiki həssas məqamda bir qədər təmkin göstətməsi vacibdir. Hesab edirəm ki, hakimiyyət haqq və hüquqlarını tələb edən və özbaşınalıqlara açıq etiraz edən vətəndaşlara sayğı ilə, diqqətlə yanaşılmalı, onların dərdi-səri, şikayətləri dinlənilməli, anlayış göstəriləlidr. Bunu əksinə olaraq əliyalın dinc etiraza çıxan əhalinin üzərinə təpədən dırnağa qədər silahlanmış, yüksək təlim görmüş polis qüvvələri ilə yeriyərək zor tətbiq etmək, döymək, xəsarət yetirmək, lazmsız güctətbiq etmək insanlığa yaraşmır. Bu cür cəza üsullarından əl çəkmək insanların dövlətə inamını artırmaqla yanaşı, stabilliyin qorunub saxlanılmasında da çox faydalı olardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA