Diplomatik skandal; Lavrov ərəb həmkarına “debil“ dedi

img

12-08-2015 [16:36]


Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanından olan həmkarını "debil” ("gicbəsər” - red) adlandırıb.

Mia.az oxu.az-a istinadən xəbər verir ki, Moskvada avqustun 11-də birgə görüşün nəticələrinə dair mətbuat konfransında Lavrov krallığın xarici işlər naziri Adel əl-Cübeyri dinləyərkən təhqiramiz ifadə işlədib. Sergey Lavrov mikrofonun sönük olduğunu və onun heç kimin eşitmədiyini düşünüb.

Sergey Lavrovun və Adel əl-Cübeyrin görüşündə Suriya prezidenti Bəşər Əsədin taleyi həll olunurdu.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Əsəd ilə bağlı məsələnin həll edildiyinə inad edir, onun Suriyanın gələcəyində yeri olmadığını bildirir. Rusiya tərəfi fərqli nöqteyi-nəzərdədir və ənənəvi olaraq Suriya liderinin maraqlarını müdafiə edir.

Adel əl-Cübeyr görüşü "açıq” adlandırıb.

Daha öncə Lavrov Kiyevin konstitusiyanın yaraqlılar ilə razılaşdırmaqdan imtina etməyinə qəzəblənmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA