"Əli Kərimli partiya sədrliyindən getməlidir"- Razi Nurullayev

img

19-08-2015 [12:31]


AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və bir sıra narazı cəbhəçilər hazırda mətbuat konfransı keçirir.


"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən Razi Nurullayev AXCP-dən uzaqlaşdırılan, hüququ pozulan, getməyə vadar edilən üzvlərin bir araya gəlməklə bağlı qərar verdiklərini bildirib: "Düşünürük ki, ölkədə ciddi müxalifət problemi var. Biz AXCP adına iddia edirik. Bununla bağlı cəbhəçilərlə danışıq aparmışıq. Ya Əli Kərimli partiya sədrliyindən getməlidir ya da biz Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik üzərində mübarizə aparacayıq.

Hesab edirik ki, yeni partiya yaratmağa ehtiyac yoxdur. Çünki AXCP adında partiya artıq var".

R. Nurullayev qeyd edib ki, məqsədi gəncləri qabağa verməkdir:

"Bizim şəxsi məqsədimiz yoxdur. İstəyirik gəncləri qabağa verək. Qoy Azərbaycan siyasətini gənclər müəyyənləşdirsin".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA