Vahid Mustafayevin qohumu istefa verdi

img

12-08-2015 [14:58]


Vahid Mustafayevin yaxın qohumu ANS-dən istefa verib.


AzNews.az-a daxil olan məlumata görə, ANS Şirkətlər Qrupuna daxil olan anspress.com saytında redaktor vəzifəsində çalışan Kəmalə Məmmədova ərizə yazaraq işdən ayrılıb. Anspress-dən verilən məlumata görə, onun işdən çıxmasına səbəb saytın rəhbərliyinin dəyişməsidir.

Belə ki, bir müddət öncə saytın baş redaktoru Azad Əliyev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin sərt tənqidi ilə üzləşərək işindən ayrılıb.

Sayta rəhbər kimi televiziyada işləyən Nəzrin adlı gənc qızın gətirilməsi işçilər arasında narazılığa səbəb olub. Bundan sonra redaktor Zamir Ağazadə, xüsusi müxbir Ziya Babayev və müxbir Şahin Həbibov işdən çıxıb.

Nəticədə saytın rus versiyası bağlanıb və jurnalist Mais Məmmədov saytın kuratorluğundan kənarlaşdırılıb.

Bu istefalardan sonra isə K.Məmmədova da yeni rəhbərliklə yola getməyib və etiraz olaraq işdən ayrılıb.

Məlumat üçün bildirək ki, Kəmalə Məmmədova ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin yaxın qohumudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR