Qeyri-adi cəsarət... - Xədicə İsmayıla daha bir mükafat verildi

img

11-08-2015 [14:28]


Nyu-Yorkda mənzillənən «Human Rights Watch» hüquq-müdafiə təşkilatı dörd cəsarətli və yorulmaz insan haqları fəalına Qeyri-adi Fəallığa görə nüfuzlu «Alison Des Forges» Mükafatını təqdim edir.
 
QEYRİ-ADİ CƏSARƏTƏ GÖRƏ
 
Mükafata öz ölkələrində ədalətin aparıcı səsləri olan fəallar layiq görülüblər –araşdırmaçı-jurnalist, həyatını keçmiş sovet respublikası olan Azərbaycanda insan haqları uğrunda mübarizəyə həsr edən Xədicə İsmayıl; Malayziyadan transgender hüquqlarının müdafiəçisi Nisha Ayub; Suriyadan jurnalist və insan haqları fəalı Yara Bader və Uqandadan hüquqşünas Nicholas Opiyo.
 
«Human Rights Watch»un yaydığı bəyanatda Xədicə İsmayılın araşdırmalarına görə saxta vergi və digər ittihamlarla həbsdə yatdığı vurğulanır. Qurum bildirir ki, mükafat Xədicəyə Azərbaycanda ifadə azadlığına artan təzyiqlərə rəğmən jurnalist və insan haqları fəalı kimi göstərdiyi qeyri-adi cəsarətə görə verilir.
 
««Alison Des Forges» Mükafatı təhlükəli durumlarda və böyük şəxsi qurban hesabına cəsarətlə insan haqları uğrunda mübarizə aparanlara verilir», - «Human Rights Watch»un icraçı direktoru Kenneth Roth deyib. «Mükafata layiq görülənlər dünyada ən çox zülmə məruz qalan, zəif fərdləri müdafiə işinə həyatlarını sərf ediblər».
 
Dr. Alison Des Forges iyirmi ilə yaxın «Human Rights Watch»da baş məsləhətçi işləyib, 2009-cu ilin fevralında Nyu-Yorkda təyyarə qəzasında həlak olub. 

Qurum bildirir ki, bu ilin noyabrından gələn ilin mart-aprelinədək dünyanın 20-dən çox şəhərində illik naharlar keçiriləcək, ötən və bu ilin laureatları həmin tədbirlərdə fəxrlə yad olunacaq. Xədicə İsmayıla Münhen və Cenevrədəki naharlarda sayqı bildiriləcək.(azadliq.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR